Çində ilk dəfə it-pişik əti yemək qadağan edildi – CƏZALANDIRILACAQLAR

3 Aprel, 2020, 12:25
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirus  epidemiyasının ardından Çinin Şincin şəhərində pişik və it əti yeyilməsi qadağan edilib. Qadağanın 1 may tarixində qüvvəyə minəcəyi bildirilir.

Çin tarixində ilk dəfə məhz bu şəhərdə it və pişik ətinin yeyilməsi və satışı qadağan edilib.

Qərar yeni tipli korinavirus epidemiyasının yayılmasından sonra verilib. Qadağanı pozanlara cərimə cəzası veriləcək.

Çin ərazisində ümumilikdə ildə 4 miyon pişik və 10 milyona yaxın köpək vəhşicəsinə qətlə yetirilərək istehlak edilir.

Beynəlxalq Heyvan Hüquqları Təşkilatı ümumilikdə Asiya ərazisində hər il yeyilmək məqsədilə 30 milyon it öldürülür.

Kovid-19 epidemiyasından sonra Çində vəhşi heyvan ticarəti qadağan edilmişdi. Virusun Çinin Hubey əyalətinin Vuhan şəhərində bu cür heyvanların və heyvan məhsullarının satıldığı bazardan yayıldığı güman edilir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93