Çində karantin qadağası yüngülləşdirildi – Onminlərlə adam parklara axın etdi

6 Aprel, 2020, 16:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Çində karantin və səyahət qadağalarının azaldılmasından sonra şənbə-bazar günləri minlərlə insan təhlükənin hələ keçmədiyi xəbərdarlıqlarına rəğmən, turistik məkanlara axın edib.

Dövlət orqanı olan “Qlobal tayms” nəşrinin xəbərinə görə, 4 aprel şənbə günü Anhui əyalətindəki Huanqşan dağ parkı üzümaskalı insanlardan ibarət böyük bir kütlənin axınına məruz qalıb.

Səhər 7.48-də parkın gündəlik 20 min nəfər ziyarətçi tutumu tamamilə dolub. İzdihamlı fotoların sosial mediada yayılmasından sonra Kommunist Partiyası xəbərdarlıq açıqlaması verib.

Park rəhbərliyi artıq müştəri qəbul etməyəcəyini bildirib.

Şanxayda isə həftələrlə davam edən böyük sükunətin hökm sürdüyü Bund sahilinə kütləvi axın olub.

Bir çox yeməkxanalara yalnız əvvəlcədən yer sifariş edə bilənlər qəbul edilib.

Paytaxt Pekində də bənzər mənzərələr yaranıb. Şəhər sakinləri parklara və digər gəzinti məkanlarına axın edib.

Çinin Xəstəliyə Nəzarət və Profilaktika Mərkəzinin baş epidemoloqu Zeng Guang  ötən həftə epidemiyanın bitmədiyini bildirərək demişdi: “Qlobal epidemiya böyüyərkən, Çin hələlik sona yaxınlaşmayıb, yeni bir mərhələyə daxil olub”.

Çindəki yeni yoluxma hallarının sayının azaldığını bildirən hökumət, müvəqqəti olaraq istehsal və xidmət sahələrində həyatın normal axarına düşməsi üçün addımlar atmağa başlayıb.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93