Salam, xoş gəlmisiniz.

Çində robotlaşdırılmış restoran açıldı

2020-01-20 12:05:00

Çində robotlaşdırılmış restoran açıldı

Çində bütün işləri robotlar görən ilk restoran açıldı.

“4PDA” xəbər verir ki, Foodom adlı qeyri-adi iaşə obyekti Quanjou şəhərində yerləşir və Country Garden Holdings Co. Ltd-nin təşəbbüsüdür.

Restorana gələn müştəriləri robotlar qarşılayır.

Məhz elə onlar sifarişləri qəbul edir və yeməkləri hazırlayır.

Məlumata əsasən, mətbəxdə 32 robot-aşpaz fəaliyyət göstərir.

Xüsusi alqoritlərin sayəsində robotlar lazım olan məhsulları, onların çəkisini və yeməyin hazırlanması üçün tələb olunan zamanı müəyyən edə bilirlər./oxu.az/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93