Çindən Türkiyəyə gətirilən azərbaycanlılar sabah Bakıya yola salınacaqlar

14 Fevral, 2020, 9:59
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları sabah Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılacaqlar.

Hurriyyet.org xəbər verir ki, bu barədə apa-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşları xəstəxanadan buraxıldıqdan sonra sabah gün ərzində Bakıya yola salınacaqlar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin koronavirus yayılan Uhan şəhərindən gətirilən 42 nəfərin 32-si artıq evə buraxılıb.

“6 Azərbaycan, 3 Gürcüstan, bir Albaniya vətəndaşı isə sabah xəstəxanadan evə buraxılacaqlar”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, onların 14 günlük karantin müddəti başa çatıb. Həmin şəxslərdə koronavirus aşkar edilməyib.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar. 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93