“İndiyə kimi bunu niyə demirdiniz?” – Spiker deputata irad tutdu

19 May, 2020, 16:01
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Deputat Aydın Mirzəzadə parlamentdə gündəliyə əlavələr üçün ayrılan vaxtın yarım saatdan bir saata qaldırılmasını təklif edib.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat  bildirib ki, gündəliyin müzakirəsi üçün ayrılan yarım saat müddət azdır: “Bizim dövlətimizlə bağlı deyəcəyimiz sözümüz var. 40-a yaxın yeni deputat var. Onlar bəlkə də çıxış etmək istəyir. Ancaq yenidirlər deyə, texniki imkanlardan hələ tam yararlana bilmirlər”.

Spiker Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, yarım saat ayrılmış vaxt 30 ildir ki mövcuddur: “Aydın müəllim, indiyə kimi bunu niyə demirdiniz?  Heç kim deyə bilməz ki, kiməsə danışmağa imkan verməmişəm. Elə olub ki, müddət 55 dəqiqəyə də qalxıb. Təklifinizi nəzərə alarıq, sadəcə mənə maraqlıdır ki, bunu niyə indiyə kimi deməmişdiniz?”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93