İndoneziyada leysan yağışlar nəticəsində güclü sellər yaranıb 350-dən artıq ev…

5

Hurriyyet.org xəbər verir ki, İndoneziyada 350-dən artıq ev sel sularının altında qalıb.

Leysan yağışların gətirdiyi sellər nəticəsində İndoneziyanın Mərkəzi Sulavesi əyalətində yerləşən azı 350 ev suyun altında qalıb.

Təbii fəlakətlərlə mübarizə üzrə Milli Agentliyin məlumatına görə, Toli-Toli rayonundakı Silondu və Canca yaşayış mənətəqələri leysan yağışlara məruz qalıb.

Ölkənin meterologiya agentliyi Palu, Siqi, Donqala, Parimo, Poso, Buol və Morovali rayonlarında yeni sellərin yarana biləcəyi ehtimalı barəsində xəbərdarlıq edib.