İNGİLİSLƏR İFŞA ETDİ! – Türk gəmilərinin bombalanması üçün 150 min dollar!

29 May, 2020, 13:38
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, “Deyli Teleqraf” (Daily Telegraph) qəzetinin iddiasına görə, Türkiyə gəmilərinə qarşı vertolyotlarla hücum üçün kirələnən muzdlu əsgərlər əməliyyatın “komediyaya çevrilməsindən” sonra Maltaya qaçıblar.

İngiltərədə nəşr olunan “Deyli Teleqraf” qəzetinin BMT Təhlükəsizlik Şurasının Liviya Sanksiya Komitəsi tərəfindən hazırlanan gizli hesabata istinad elədiyi xəbərdə deyilir ki, Liviyanın şərqindəki qeyri-qanuni qüvvələrin qiyamçı lideri Xəlifə Həftər tərəfindən tutulmuş muzdlu hərbçilər arasında Krallığın Dəniz Piyadaları və Krallıq Hava Qüvvələrində xidmət eləmiş 5 nəfər keçmiş hərbçi də olub. Türkiyə gəmilərinə qarşı vertolyotlarla hücum eləmək üçün hərbçilərə adambaşına 150 min dollar muzd kəsilib. “Əməliyyatın komediyaya çevrilməsindən” sonra muzdlu hərbçilər Maltaya qaçıblar. Hərbçilərlə Həftərin vertolyotların keyfiyyəti məsələsində razılaşmadıqları iddia edilib.

İngilis hərbçilərin ötən ilin iyun ayında Liviyaya getmiş 20 nəfər muzdlu hərbçinin arasında olduğu bildirilir.

İki nəfərin adı açıqlanır

Əməliyyata Cənubi Afrika Hava Qüvvələrində və İngiltərə ordusunda xidmət elmiş Stiven Lodcun rəhbərlik elədiyi yazılıb. Lodcun Cənubi Afrikaya məxsus “Umbra Aviation” aviasiya şirkətinin direktoru olduğu və hazırda Şotlandiyada yaşadığı qeyd edilir. “Umbra Aviation” şirkətinin Cənubi Afikadan gələn hücum vertolyotlarını Mozambikdən keçirərək Həftərə çatdırdığı bildirilir. Lodc isə qəzet müxbirinin sualının cavabında BMT-nin hesabatındakı məlumatların yanlış olduğunu iddia eləyib.

Əməliyyatda Krallığın Hava Qüvvələrində 26 il xidmət eləmiş Endi Ferness adlı keçmiş hərbçinin iştirak elədiyi və bu şəxsin də hazırda İngiltərənin Çeltenhem rayonundakı  “Amber Tiger” adlı aviasiya şirkətinin rəhbəri olduğu barəsində məlumat verilir. 2011-ci ildə Hava Qüvvələrindən istefa vermiş Ferness Liviya əməliyyatı ilə bağlı suallara cavab verməkdən imtina edib.

20 nəfər muzdlu hərbçinin Liviyaya gəlməsindən 4 gün sonra Türkiyə gəmilərinin vertolyotla vurulması planı boşa çıxıb, muzdlular vertolyotları qoyaraq Maltaya qaçmağa məcbur olublar. Maltaya çatmış hərbçilər əvvəlcə həbs edilsələr də, sonra azadlığa buraxılıblar.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93