İngiltərə Venesuelanın təxminən 1 milyard avroluq qızılını geri qaytarmayacaq

2 İyul, 2020, 17:37
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Venesuela hökumətinin İngiltərənin Mərkəzi Bankına qoyduğu 1 milyard yaxın avroya qədər qiyməti olan qızıl ehtiyatı üçün məhkəməyə etdiyi müraciət rədd edilib.

İngiltərə Ali Məhkəməsinin qərarında İngiltərənin Nikolas Maduronu yox, müxalifətin lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanıdığı bildirilir.

Buna görə də, Maduro hökumətinin tələbinə diqqət verilməyəcəyi bildirilib və müraciət rədd edilib.

Venesuelanın İngiltərənin Mərkəzi Bankındakı qızıllarının dəyərinin 930 milyon avroya bərabər olduğu bildirilir.

Venesuela hökuməti ilk dəfə 2018-ci ilin axırında qızıllarının verilməsini tələb eləmişdi. O zaman tələb rədd edilmişdi. Bu ilin mayında Maduro hökuməti Kovid-19-la mübarizədə altın ehtiyatlarından istifadə eləmək üçün qızıllarını yenidən tələb eləmiş, İngiltərənin Mərkəzi Bankına qarşı məhkəməyə iddia ilə müraciət eləmişdi.

İddiada qızılların bir qisminin satılmasından əldə ediləcək pulun başqa məqsədlərlə istifadə edilməyəcəyinə sübut olaraq  BMT-nin İnkşaf Proqramının hesabına köçürüləcəyi bildirilmişdi.

Özünü prezident elan edən Quaydo “qızıllardan başqa məqsədlə istifadə ediləcəyi” iddiası ilə ehtiyatın qaytarılmamasını tələb edib.

Prezident Maduronu vəzifədən çıxmağa məcbur eləmək üçün sanksiyalar tətbiq edən ABŞ bu sanksiyaları pozulmaması üçün digər ölkələri, xarici bankarı və şirkətləri təhdid edib.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93