İngiltərə Bankı Maduroya 1,2 milyard dollarlıq qızıl verməkdən imtina etdi

26 Yanvar, 2019, 7:43
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İngiltərə Bankı Venesuela Prezidenti Nikolas Maduroya 1,2 milyard dollarlıq qızıl külçə verməkdən imtina edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, müvafiq qərar ABŞ-ın yüksək vəzifəli şəxslərinin, o cümlədən dövlət katibi Maykl Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun britaniyalı həmkarlarından Maduronun xaricdəki aktivlərə girişinə qadağa qoymaq xahişindən sonra qəbul edilib.

“Bloomberg”in məlumatına görə, Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollar təşkil edir. Onların bir hissəsi İngiltərə Bankındadır, digər hissənin yeri isə bilinmir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93