Salam, xoş gəlmisiniz.

İngiltərənin yeni baş naziri Boris Consonun babası Osmanlı dövlətinin naziri olub və... ATATÜRKÜN HƏBSİNƏ FƏRMAN VERİB

2019-07-23 17:35:08

İngiltərənin yeni baş naziri Boris Consonun babası Osmanlı dövlətinin naziri olub və... ATATÜRKÜN HƏBSİNƏ FƏRMAN VERİB

Hurriyyet.org xəbər verir ki, Britaniya parlamentinin millət vəkili Boris Conson Mühafizəkarlar partiyasının yeni sədri və bununla da Birləşmiş Krallığın yeni baş naziri seçilib. “Röyters” agentliyinin məlumatına görə, partiyanın 92153 nəfər üzvü onun lehinə səs verib. Beləliklə, o həm partiya sədri, həm də baş nazir postunda Tereza Meyi əvəzləyəcəkdir. Mey iyun ayının 7-də istefa qərarını bəyan eləmişdi. Bunun səbəbi Byük Britaniyanın Avropa İttifaqından çıxışı prosesi ilə bağlı yaranan siyasi böhran olub.

Boris Conson İngiltərənin Avropa İttifaqından çıxmasının qatı tərəfdarıdır və Breksit layihəsinin əsas müəllifidir. O, bu yaxınlarda müsəlmanlara qarşı xoşagəlməz sözlər söylədikdən sonra özünün ulu babasının da müsəlman türk olduğunu söyləyərək üzrxahlıq eləmişdi.

Baş nazir vəzifəsinə seçkilər ərəfəsində keçmiş xarici işlər naziri Boris Conson bundan əvvəl müsəlman qadınların əleyhinə söylədiyi çirkin bənzətməyə görə üzr istəmiş, bu sözləri dediyinə görə kədərləndiyini və peşman olduğunu söyləmişdi. Conson çarşablı müsəlman qadınları poçt qutusuna bənzətmişdi.

Boris Conson dörd nəfər başqa namizədlə birlikdə iştirak elədiyi verilişdə islama qarşı olmadığını göstərmək üçün ulu babasının da türk müsəlman olduğunu xatırlatmışdı: “Mənim müsəlman ulu babam 1912-ci ildə bu ölkəyə gəldi, çünki buranın comərd və insanları xoş qarşıyacaq bir uğur qapısı olduğunu bilirdi”. Conson Osmanlı imperatorluğunun son daxili işlər naziri Ali Kemalın nəvəsi Stenli Consonun oğludur.

Maraqlıdır ki, Boris Conson təkcə nazir olmaqda babasına oxşamayıb. Conson da, Ali Kemal da ictimai fəaliyyətə jurnalist kimi başlayıblar.

Ahmet Teflik paşanın hökumətində daxili işlər naziri vəzifəsində çalışmış Ali Kemal həm də Osmanlı imperiyasının sonuncu böyük vəziri olub. O, nazir vəzifəsində çalışarkən Türkiyədə cümhuriyyət qurmağa çalışan Mustafa Kamal Atatürkün həbs edilməsi barədə göstəriş verib. Atatürkün hakimiyyətə gəlişindən sonra Ali Kemal Nurəddin paşa tərəfindən linç edilir. O, Britaniyaya qaçır və burada özünə Vilfred Conson adını və soyadını götürür.

Boris Consonun ata tərəfindən ulu nənəsi də türkdür. Çərkəz millətindən olan Hənifə Fərəd Rusiyadan qaçıb. Consonun ana tərəfindən ulu babası isə yəhudi əsilli amerikalı alim paleoqraf Elias Levi olub.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru