İNGİLTƏRƏ ƏRƏB ÖLKƏSİNDƏ BAZA QURUR

13 Dekabr, 2018, 14:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Küveytdə “İngiltərə hərbi bazası”nı qurmaq məsələsi ilə bağlı iki ölkə arasında razılaşma əldə edilib.

Küveytin “Er-Rai” qəzeti diplomatik mənbələrə istinad elədiyi xəbərdə yüksək vəzifəli məmrların bu gün keçiriləcək görüşündə Küveyt ilə İngiltərə arasındakı əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib. Müzakirə ediləcək məsələlərin ilk sırasında hərbi, təhlükəsizlik, istisadi, mədəni və təhsil sahələrindəki ikitərəfli əməkdaşlığın müzakirə ediləcəyi bildirilib.

Küveytin xarici işlər nazirinin müavini Xalid əl-Carallah, dünən verdiyi açıqlamada İngiltərə ilə hərbi əməkdaşlığının səbəbinin ölkənin Səudiyyə Ərəbistanı ilə sərhəd mübahisəsi olmadığını bildirib.

Carallah deyib: “Bəziləri bu məsələlər arasında əlaqə axtarırlar. Lakin biz belə bir münasibət qurmuruq. Səudiyyə Ərəbistanı ilə bizim aramızda olan anlaşılmazlıq qardaş anlaşılmazlığıdır. Yanlış anlaşılmadır”. O daha sonra sözlərinə bunları əlavə edib: “İngiltərədən olan dostlarımızın hərbi əməkdaşlıq üçün torpaqlarımıza gəlməsindən məmnunuq”.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93