Salam, xoş gəlmisiniz.

Çingiz Qənizadənin dairəsində seçkinin nəticəsi LƏĞV OLUNDU - RƏSMİ

2020-02-13 16:59:00

Çingiz Qənizadənin dairəsində seçkinin nəticəsi LƏĞV OLUNDU - RƏSMİ

Mərkəzi seçki komissiyasının bu gün keçirilən iclasınsa 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Şirinov Hikmət, Rasim Əmiraslanov digər namizədlərin şikayətlərinə baxılıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, bəzi seçki məmtəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçiıərin səsvermənin hesabıanması prosesində iştirakına maneələr yaradılıb: “ Araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın”.

Qeyd edək ki, bu dairə üzrə Çingiz Qənizadə lider namizəd olaraq açıqlanmışdı.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93