“İnsanlar virusdan çox, işsizlikdən və aclıqdan ölə bilərlər” – Lukaşenko prezident seçkilərini təxirə salmağa hazırlaşmır

31 Mart, 2020, 14:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko 2020-ci il üçün nəzərdə tutulmuş dövlət başçısı seçkilərini təxirə salmaq üçün əsas görmədiyini bəyan edib.

Lukaşenko deyib: “Biz prezident seçkilərini nəinki müzakirə eləməli, həm də planlaşdırmalıyıq. Hələ ki, prezident seçkilərini təxirə salmaq üçün əsasımız yoxdur. Baxmayaraq ki, bəzi rəqiblərmi deyim, yoxsa düşmənlərmi, bizə yol göstərirlər. Siyasi məsələləri müzakirə eləmək lazımdır”.

Belarus lider bildirib ki, koronavirus pandemiyası fonunda iqtisadiyyatdakı vəziyyəti müzakirə eləmək niyyətindədir. Onun sözlərinə görə, “Belarusda çalışırlar ki, müəssisələr işləsin, insanlar maaşlarını alsınlar”.

Lukaşenko deyib: “Burada mən Trampın formulundan istifadə edirəm. Onun dolların çap edildiyi, dünyanın bir nömrəli iqtisadiyyatına sahib olan Amerikanın vətəndaşlarına açıq şəkildə dediyi “Əgər biz dərhal işləməyə başlamasaq, insanlar koronavirusdan çox, işsizlikdən və acından öləcəklər” sözləri mənim çox xoşuma gəldi. Çox düzgün deyib. Biz nə deməliyik? İşləmək və imkan daxilində bu böhrandan xilas olmağa çalışmaq lazımdır”.

Belarusun Mərkəzi Seçki Komissiyasının saytındakı təqvimə görə, Belarusda prezident seçkiləri 2020-ci ildə keçirilməlidir. Seçkilərin 30 avqust tarixində keçirilməsi nəzərdə tutulur. Onun təxirə salınması üçün yeganə səbəb ölkədə fövqəladə vəziyyətin elan edilməsi ola bilər. Hazırda isə belə bir rejimin tətbiq olunması nəzərdə tutulmur.

Belarusun Səhiyyə Nazirliyinin bazar ertəsi günü verdiyi məlumata görə, ölkədə Kovid-19 virusuna 152 yoluxma halı qeydə alınıb.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93