İran ilk dəfə yerin altından ballistik raket atdı – VİDEO

30 İyul, 2020, 13:05
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, İran İnqilabı Keşikçilərinin hərbi təlimləri çərçivəsində ilk dəfə yerin altından havaya ballistik raket atılıb.

İran İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə Hörmüzd boğazında başlanan hərbi təlimlə bağlı açıqlamalar verib. General Əmir Əli Hacızadə ilk dəfə olaraq yerin altından ballistik raketlər atıldığını bəyan edib. Artıq ənənəvi raket atışı sistemlərindən istifadə eləmədiklərini bildirən Hacızadə deyib: “Yerin altında basdırılmış olan raketlər qəflətən işə düşəcək və hədəfləri nöqtə atışı ilə vuracaqlar. Bu təlimlərdə zirehli dronlar ilə əvvəlcədən müəyyənləşdirilmiş hədəflər uğurla məhv edilib”.

Hərbi təlimdə ABŞ-a məxsus hərbi təyyarə maketi hədəf olaraq seçilib. İndiki təlimlərdə İranın kosmosa göndərdiranın kosmosa göndərdiyi “Nur” adlı hərbi peykdən də istifadə edəcəyi bildirilir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93