İran 18 təyyarə və 7 raketlə Səudiyyəyə hücum etdi – Şok iddia

18 Sentyabr, 2019, 19:56
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ər-Riyad neft obyektlərinə hücumlarda İranın iştirakına dair sübutlara malikdir.

Bu haqda Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndəsi Turki əl-Maliki bildirib.

O, mətbuat konfransında bildirib ki, "Saudi Aramco” neft şirkətinin obyektlərinə hücum şimaldan və İranın dəstəyi ilə həyata keçirilib. Turki əl-Maliki qeyd edib ki, krallıq agentləri vasitəsilə regionda sabotaj aktlarında İranın iştirakına dair sübutlara malikdir.

“Bizdə sübutları var ki, hücum Yəməndən edilməyib. İran faktları saxtalaşdırmağa çalışdı. “Saudi Aramco”nun obyektlərinə hücum şimaldan və İranın dəstəyi ilə edilib”, – o deyib.

Müdafiə Nazirliyinin nümayəndəsinin versiyasına görə, hücumlar zamanı 18 pilotsuz təyyarə və 7 yüksək dəqiqlikli qanadlı raketdən istifadə edilib.

“Dörd qanadlı raketdən Xurays zavoduna hücum üçün istifadə edilib. Onlar 700 kilometr şimaldan cənuba buraxılıb. Daha üç raket öz hədəfinə çatmayıb. Hücum İranın iddia etdiyi kimi Yəməndən həyata keçirilə bilməzdi. Hücumların istiqaməti onu göstərir ki, o Yəməndən olmayıb. Hücuma məruz qalan yerlərdən aşkar edilən bütün fraqmentlər İranı göstərir”, – Turki əl-Maliki vurğulayıb.

O əlavə edib ki, araşdırmanın nəticələri müttəfiqlərlə paylaşılıb.\\Publika.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93