Salam, xoş gəlmisiniz.

İran gələn həftə “Bavar 373”-ü təqdim edəcək - S-300 hava müdafiəsi sisteminin analoqu

2019-08-17 14:03:53

İran gələn həftə “Bavar 373”-ü təqdim edəcək - S-300 hava müdafiəsi sisteminin analoqu

Hurriyyet.org xəbər verir ki, İran öz zenit-raket kompleksi olan “Bavar 373” sistemi üzərində işi yekunlaşdırıb və gələn həftə onu təqdim eləməyə hazırlaşır. Məlumatı ölkənin İRNA agentliyi yayıb.

Tehran kompleksin Rusiyanın S-300 zenit-raket sisteminin analoqu olduğunu bildirir. “Bavar 373” hədəfi 27 kilometrə qədər yüksəklikdə dəf edə bilmək qabiliyyətinə malikdir. İran sisteminin radiusu 200 kilometrə bərabərdir.

2007-ci ildə Rusiya ilə İran S-300 sistemlərinin satılması ilə bağlı müqavilə imzalasalar da, müqavilənin həyata keçirilməsi 2010-cu ildə dondurulmuşdu. 2015-ci ilin baharında Rusiya prezidenti V.Putin S-300-lərin İrana göndərilməsinə qoyulmuş qadağanı ləğv edib və həmin ilin noyabrında müqavilə yenidən qüvvəyə minib. 2017-ci ilin martında zenit-raket sistemi İranda uğurla sınaqdan keçirilib.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru