Salam, xoş gəlmisiniz.

"İran İsraili məhv etməyə dair çağırışlar edir..." - İsrailin Azərbaycandakı səfiri

2020-01-24 11:27:00

“İsrail Xarici İşlər Nazirliyi tərəfindən ölkə vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı xəbərdarlıq edilməyib. Əksinə XİN onları Azərbaycana səfər etməyə çağırır”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, İsrail XİN bəzi hallarda bir sıra ölkələrdə yaşayan vətəndaşlarına xəbərdarlıq edir ki, bu, daha çox təhlükəsizliklə bağlı olur.

“Azərbaycan cənubda İranla sərhəddir. İran İsraili məhv etməyə dair çağırışlar edir. İsrail XİN isə bu barədə vətəndaşlarımızı məlumatlandırır”, - deyə səfir vurğulayıb.

C. Dik qeyd edib ki, İsrail Azərbaycanın İkinci Dünya müharibəsində nasizmə qarşı mübarizədə verdiyi töhfəni yüksək dəyərləndirir: “İsrail və Azərbaycan dünyanın şiddətdən, terrorizmdən azad bir yer olması ilə bağlı fikirdə həmrəydir”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93