Salam, xoş gəlmisiniz.

İran Kanadanın bütün nümayəndələrinə VİZA VERİB

2020-01-13 22:59:00

İran Kanadanın bütün nümayəndələrinə VİZA VERİB

İranda Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasında iştirak etməli və həlak olanların yaxınlarına yardım göstərməli olan bütün kanadalı mütəxəssislər və diplomatlar İran vizaları ilə təmin olunublar.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan özünün “Twitter” səhifəsində məlumat verib.

“Bütün vizalar alındı. Bütün mütəxəssislər və diplomatlar tam tərkibdə bir gün sonra Tehranda olacaqlar”, - nazir belə deyib.

Yanvarın 11-də Kanadanın Baş Naziri Castin Trüdo İran vizası alan Kanadanın ilk nümayəndələrinin Tehrana göndərildiyini açıqlamışdı.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru