Salam, xoş gəlmisiniz.

İRAN TƏHDİD ETDİ: “Çox sərt olacaq”

2020-02-13 13:41:00

İRAN TƏHDİD ETDİ: “Çox sərt olacaq”

Hurriyyet.org xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi İranın Suriyadakı mövqelərinə İsrailin gələcək hücumlarına cavabın sərt olacağını bildirib. Musəvi israilli bir məmurun İranı hədəfə alan açıqlamalarına cavab olaraq deyib: “Bu rejimin İranın Suriyadakı və bölgədəki mənfəətlərinə qarşı hücumlarının və ya axmaq addımlarının cavabı çox sərt olacaqdır”.

Musəvi İsraili “Fələstinin və digər qonşu dövlətlərin torpaqlarını işğal eləyib talan eləməkdə” ittiham edib.

Musəvi deyib: “İran Suriyaya Suriyanın öz dəvəti ilə qüvvə göndərib və Amerika ilə İsrail tərəfindən dəstəklənən terrorçuluqla mübarizəsini davam etdirir. İran sionust rejimin müharibəpərəst təhdidlərini beynəlxalq təşkilatlara bəyan edəcəkdir”.

Hurriyyet.org

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93