İranda dolların bahalaşması rekord həddə çatdı

0

Hurriyyet.org xəbər verir ki, İranda dolların ilk dəfə 19 min tüməndən də baha satılması tarixi rekorda səbəb olub.

Son aylarda İranda dolların bahalaşması tendensiyası davam edir. İranda sərbəst valyuta bazarını izləyən “Bonbast.com” saytının məlumatına görə, azad bazarda dolların satış kursu 19 080 tümənə yüksəlib. Yanvar ayında 1 dollar 13 350 tümənə satılırdı. İlin əvvəlindən indiyə qədər tümən dollarla müqayisədə 42 faiz ucuzlaşıb. ABŞ-ın nüvə müqaviləsindən imtina eləməsindən sonrakı 25 aylıq dövrdə tümən dollarla müqayisədə 190% ucuzlaşıb.

Hazırda İranda 1 avro 21 325 tümənə, 1 türk lirəsi isə 2 785 tümənə satılır.

Hurriyyet.org