İranda məscidlərdə bayram namazının qılınmasına icazə verildi

16 May, 2020, 16:18
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“İranda universitetlər iyun ayının 6-dan açılacaq”. 

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə qərargahın iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ramazan ayından sonra ölkədə fəaliyyət göstərən kafe və restoranlar xüsusi protokola əsasən fəaliyyətini bərpa edəcək.

İran Prezidenti ali məktəblərə qəbul imtahanlarının da xüsusi protokol əsasında keçiriləcəyini vurğulayıb.

H. Ruhaninin sözlərinə görə, Ramazan ayından sonra İmam Rzanın ziyarətgahı və ölkədəki digər ziyarətgahlar məhdud şəkildə zəvvarların üzünə açılacaq. O qeyd edib ki, ziyarətgahların həyətləri səhər və axşam 3 saat olmaqla zəvvarlar üçün açıq olacaq.

İclasda Ramazan bayramı namazının qılınması ilə bağlı da qərar qəbul edilib. Belə ki, məscidlərdə bayram namazının məhdud şəkildə qılınmasına icazə verilib.

Eyni zamanda, idman yarışlarının, o cümlədən futbol matçlarının azarkeşsiz keçirilməsinə də icazə verilib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93