Salam, xoş gəlmisiniz.

İranda bioloji silaha qarşı təlim başladı

2020-03-26 12:37:00

İranda bioloji silaha qarşı təlim başladı

İran İnqilab Keşikçiləri Qvardiyasının Quru Qoşunları bioloji silahdan müdafiə üzrə təlim keçirir.

Məlumatı “Fars” yayıb.

Bildirilib ki, təlimlər ölkənin 3 000 rayonunda və Tehranın 100 məntəqəsində keçirilir.

Təlimdə qvardiya ilə yanaşı, onun kadr bazası sayılan yarımhərbi bəsic təşkilatı da iştirak edir.

Məlumata görə, ölkəni dezinfeksiya etmək üçün 10 bazada quru qoşunların 100 tağımı yaradılıb.

Qeyd edək ki, martın 15-də İranda bioloji silah təhlükəsindən müdafiə olunmaq məqsədi ilə silahlı qüvvələrin genişmiqyaslı təlimi keçirilib./report/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93