Salam, xoş gəlmisiniz.

İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadıldı

2020-03-24 17:40:00

İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadıldı

İranda koronavirusla əlaqədar məhbusların müvəqqəti azadlığa buraxılması ilə bağlı müddət uzadılıb.

Hurriyyet.org Trend-ə istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, bu müddət hələlik 19 aprelədək uzadılıb.

Ruhani əlavə edib ki, bundan öncə müvəqqəti azadlıq 3 aprelədək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, İranda yeni koronavirusun yayılması ilə əlaqədar 85 min məhbus müvəqqəti olaraq azadlığa buraxılıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93