Salam, xoş gəlmisiniz.

İranda təyyarə qəzası ilə bağlı həbslər başladı

2020-01-14 13:26:00

İranda təyyarə qəzası ilə bağlı həbslər başladı

Hurriyyet.org xəbər verir ki, İranda Ukaynanın sərnişin təyyarəsinin Tehran hava limanından havaya qalxarkən səhvən vurulması işi ilə əlaqədar həbslər başlanıb. Məlumatı ölkənin məhkəmə hakimiyyətinin rəsmi təmsilçisi Qulamhüseyn İsmaili verib. Həbslərlə bağlı ətraflı məlumat verilmir.

Xəbər verildiyi kimi, hadisə 8 yanvar tarixində baş verib. Tehrandan Kiyevə yola düşən təyyarədə İrandan, Ukraynadan, Kanadadan, Almaniyadan,İsveçdən və Əfqanıstandan olan 167 sərnişin və 9 nəfər heyət üzvü olub. Şənbə günü İran hakimiyyəti qəzanın baş verməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Laynerin səhvən vurulduğunu, səbəbkarın insan amili olduğu bildirilib: təyyarə hərbi obyektin yanından uçurmuş və “düşmən hədəfi” ilə səhv salınıb. İran tərəfi bildirib ki, ABŞ tərəfindən hücum gözlənildiyi üçün ölkənin hava hücumundan müdafiə sistemləri tam hərbi hazır vəziyyətdə olub.

Ukrayna prezidenti V.Zelenski Tehrandan öz günahını tam şəkildə etiraf eləməsini, rəsmi şəkildə üzr diləməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini gözlədiyini bəyan edib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru