İranda yeni doğulan körpədə koronavirus aşkarlandı

31 Mart, 2020, 13:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İranın Məşhəd şəhərində yenicə doğulmuş körpəyə COVID-19 diaqnozu qoyulub.

Bu barədə Məşhəd Tibb Elmləri Universitetinin əməkdaşı, həkim Əhməd Şah Fərhad açıqlama verib.

“Koronavirusa yoluxmaqda şübhəli bilinən bir ananın dünyaya gətirdiyi körpənin testi pozitivi çıxıb. Körpə 900 qram çəkidə doğulub. Uşaq ilk 24 saatda nəfəs çatışmazlığından əziyyət çəksə də, hazırda xüsusi dəstək olmadan nəfəs ala bilir”, – o bildirib.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma faktı fevralın 19-da Qum şəhərində qeydə alınıb. Ölkədə indiyədək 44 606 nəfərə koronavirus diaqnozu qoyulub. Pandemiya qurbanlarının rəsmi sayı 2 898 nəfərdir./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93