İrandakı silsilə partlayışların PƏRDƏARXASI

0

Hansısa qüvvələr Tehranı “təslim etməyə” çalışır?

Qabil Hüseynli: “Həddindən artıq diqqətlə hazırlanmış bir təxribat işidir”

İlqar Vəlizadə: “İsrail heç vaxt təkbaşına belə əməliyyatlar etməz”

İyulun 10-na keçən gecə İranda, Tehrandan qərbdə yerləşən raket anbarlarında güclü partlayışlar baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, partlayışlar İnqilab Keşikçiləri Korpusunun Tehrandan qərbdə, Qarmadareh və Qüds rayonlarında yerləşən raket anbarlarında olub. Partlayışlardan dərhal sonra Tehranın bir çox rayonlarında işıqlar sönüb. O cümlədən Qüds və Şəhriyar rayonlarında da elektriklər kəsilib, bu rayonlarda yarımstansiyaların partladığı bildirilir.

Həmçinin qeyd olunur ki, İranın aerokosmik qüvvələri hansısa təyyarəyə və ya pilotsuz uçan aparata qarşı iki “yer-hava” tipli raket tətbiq edib. Digər təfərrüatlar hələlik məlum deyil.

Qeyd edək ki, İranda son günlər bir-birinin ardınca   partlayışlar baş verir. İyulun 2-də Natanz nüvə mərkəzində zənginləşdirilmiş uran əldə etmək üçün istifadə edilən qaz ehtiyatlarının saxlanıldığı bina partlayıb. Bundan əvvəl isə İnqilab Keşikçiləri Korpusunun Parçin hərbi bazasında partlayış olub. Həmin bazada İran yeni silahların, o cümlədən ballistik raketlərin işlənib hazırlanmasını həyata keçirir. “The New York Times” Natanzda baş vermiş partlayışın İsrail diversiyası olduğunu yazıb. Küveyt mənbələri isə bildirir ki, İsrail Parçin bazasına “F-35” qırıcısı ilə zərbə endirib.

“Dünyanın böyük gücləri, eyni zamanda İranı özünün əsas təhlükəsi hesab edən mərkəzlər var ki..”

Ərdoğandan xahiş etmək istəyirəm ki...” - QABİL HÜSEYNLİ

İranda baş verən partlayışla bağlı keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət” deyib ki, o, bunu təsadüfi hesab etmir: “Bir neçə gün öncə, İranın səlahiyyətli nümayəndəsi çıxış edərək bildirmişdi ki, “Fars körfəzində yerin altında böyük bir nüvə şəhərciyi tikmişik və bu nüvə şəhərciyi istənilən düşmənə istənilən anda ən ağır zərbəni vurmağa qadirdir”. Yəni bu gün pandemiya içərisində əzab çəkən, əhalisinin maddi durumu çox pis vəziyyətdə olan bir ölkənin özünün nüvə, hərbi texniki potansialı ilə öyünüb,  kimlərisə təhdid obyektinə götürməsi təbii ki, dünyada birmənalı qarşılanmır. Dünyanın böyük gücləri, eyni zamanda İranı özünün əsas təhlükəsi hesab edən mərkəzlər var, onlar da yəqin ki, dayanmırlar, işləyirlər. Xoşumuza gəlsə də, gəlməsə də, bu cür təxribatçı hərəkətlərə əl atırlar”.

“Bu, çox təhlükəli və həddindən artıq cəsarətli bir təxribat işidir”

“Bu partlayışlarla İrana təsir etmək mümkündürmü” sualına Q. Hüseynli belə cavab verib: “Niyə mümkün deyil ki?! Əgər başı yerində olan adam papağını qabağına qoyub düşünsə, özü üçün ciddi nəticələr çıxarmalıdır. Çünki bu, çox təhlükəli və həddindən artıq cəsarətli bir təxribat işidir. Həddindən artıq da diqqətlə hazırlanmış bir təxribat işidir və bu təxribat işi davam edə bilər. Əgər indi bunun qarşısını almaq mümkün olmayıbsa, gələcəkdə bunun qarşısını almaq mümkün olmayacaq. Deməli, hansı yol qalır? Oturmaq, danışıqlar stolu ətrafına getmək, dünyaya bəyan etmək ki, “fikrimiz-zikrimiz xalqımızın fıravanlığıdır, maddi durumunu yüksəltməyidir. Heç kimsənin bir qarış torpağında gözümüz, dünyaya İslam inqilabını yaymaq fikirmiz də yoxdur. Ölkədə yaşayan millətlərə və xalqlara hürriyyət verəcəyik. Ölkəni bir növ qardaşlıq dünyasına çevirəcəyik”. Bu məsələlər ətrafında dünyaya bəyan edib, çar çəksə, məsələlər düzəlmə yoluna gələ bilər. Amma “Amerikaya ölüm”,  “İsrailə ölüm” şüarları davam edəcəyi təqdirdə bu məsələləri yoluna qoymaq çətin olacaq”.

“Orada bizim soydaşlarımızın böyük bir hissəsi, qardaşlarımız yaşayır”

 “İran bu şüarlardan əl çəkəcək ki, bu təqdirdə normal, stabil həyat davam etsin? Yəni bu təxribatların davamı gözlənilirmi” sualına gəlincə, Q. Hüseynli belə söyləyib: “Orada bizim soydaşlarımızın böyük bir hissəsi, qardaşlarımız yaşayır, qonşu dövlətdər. Oraya mən dinclik və firəvanlıq arzu edib, bunu söyləyirəm. İndi bunu edəcəklər, etməycəklər onların siyasi rəhbərliynin işidi. Amma Allahdan da, onun bəndələrindən də təmənna edirəm ki, bu olsun və İran qonşuluqda sülhsevər, əmin-amanlıq içində yaşayan bir ölkəyə çevrilsin və bizim oradakı soydaşlarımız da zülmlərə məruz qalmasınlar”.

“Burada daha çox daxili problemlərdən, mühafizə problemindən söhbət gedə bilər”

Azərbaycan bütün hallarda Pakistanın yanında olacaq” - İLQAR ...

Politoloq İlqar Vəlizadə isə deyib ki, bu hadisələrlə bağlı dəqiq heç bir söz deyə bilməz: “Biz uzaqda  oturub, yalnız informasiya mənbələrinə söykənərək mülahizələrimizi söyləyə bilərik. Yəni burada kimsə uzaqdan durub desə, əsas gətirsə ki, burada filan işlər baş verir, o çox çətindir. Amma başqa bir məsələ var. Ümumiyyətlə, bu son partlayışlar bunu göstərir ki, İranın silah-sursat anbarlarında, yaxud nüvə obyektlərinin vurulmasında onların mühafizə sistemində müəyyən problemlər var. Burada müxtəlif fərziyyələr irəli sürmək olar. Xüsusilə də hansısa diversiyanı. Amma İrana qarşı diversiya olsaydı, İran tərəfi çox güman ki, bu diversiya barədə söhbət açardı. Çünki bunu diversiya adlandırmaq onların xeyrinədir. Yəni ki, “burada daxili təhülkəsizliklə bağlı heç bir problem yaşanmır,  xaricdən divesiya hesabına bunlar baş verib”. Amma belə açıqlamalar yoxdur. Burada daha çox daxili problemlərdən, mühafizə problemindən söhbət gedə bilər. Mən düşünürəm ki, təsadüfi heç nə yoxdur. Bütün hallarda mühafizə olunan obyektlərin mühafizəsini lazımi səviyyədə saxlamaq üçün vəsait, bura müəyyən diqqət yetirmək lazımdır. Yəqin ki, burada problemlər var ki, onlara kifayət qədər maliyyə ayrılmır, o obyektlərin təhlükəsizliyi kifayət qədər nəzarət altında deyil. Ona görə, bunlar baş verir. Burada Amerikanın, İsrailin, Səudiyyə Ərəbistanın və yaxud hanısa qruplaşmaların izini axtarmaq çox çətindir”.

“Amerika da İranla açıq qarşıdurmaya hazır deyil”

““The New York Times” Natanzda baş vermiş partlayışın İsrail diversiyası olduğunu yazıb, Küveyt mənbələri isə İsrailin Parçin bazasına “F-35” qırıcısı ilə zərbə endirdiyini bildirib”  deyə qeyd etdikdə Vəlizadə bildirib ki, mediada müxtəlif məlumatlar ola bilər: “Mən ona görə deyirəm ki, burada müxtəlif fərziyyələr ola bilər. Amma mən düşünmürəm ki, İsrail İrana hansısa bir zərbə endirsin. İndi 21-ci əsrdir, biz görürdük ki, İranın gəmiləri əgər hücuma məruz qalırdısa, iran hökuməti o barədə danışırdı. Əgər İsrail İran obyektlərini bombalaya bilirsə, onda bunu açmaq yenə də İranın xeyrinədir ki, bu, suveren ölkənin işinə qarışmaqdır. Amma bunu İsrail etmir. Burada təhlükəli bir məqam var. Əgər İsrail İranın obyektlərini bombamlamağa başlayırsa, İranın əks reaksiyası olmalıdır və bu, açıq müharibədir, başqa bir şey deyil. İndiyə kimi, İsrail bu addımlardan çəkinib, etməyib. İnanmıram  ki, indi İsrail üçün məqamdır ki, bu hərəkəti etsin. Əgər İsrail bunu etsə, deməli, bunun arxasında hansısa qüvvələr dayanmalıdır. İsrail heç vaxt təkbaşına belə əməliyyatlar etməz. Yəqin ki, Amerika ona xeyir-dua verməlidir. Amma son hadisələr göstərir ki, Amerika da İranla açıq qarşıdurmaya hazır deyil. Çünki pandemiya Amerikanın hərbi infrastrukturuna da müəyyən təsir göstərib, Amerikanın bazalarında olan şəxsi heyət geri çəkilir. Belə vəziyyətdə İranla bağlı müharibəni gözləmək çox  çətin olar”.

Şamo EMİN, Hurriyyet.org