İrandan ABŞ-a müharibə elanı kimi açıqlama: “Kəsərli və qətiyyətli cavab olacaq!”

20 May, 2020, 18:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, İranın müdafiə naziri Əmir Hatəmi ABŞ-ın Venesuelaya yanacaq daşıyan İrana məxsus  neft tankerlərinə müdaxilə edəcəyi təqdirdə Tehranın Vaşinqtona cavabının “kəskin və qətiyyətli olacağı”nı bildirib.

Hatəmi deyib: “Əlbəttə, bu məsələdəki siyasətimiz açıqdır. Heç bir müdaxiləni cavabsız qoymayacağıq. Amerikalılar və digərləri də bilməlidirlər ki, hər hansı bir müdaxiləyə cavab verməkdə əsla tərəddüd etməyəcəyik. Müdaxilə halında kəskin və qətiyyətli cavab alacaqlar”.

Dünyanın ən böyük neft yataqlarına malik ölkələrindən olan Venesuela iqtisadi böhran üzündən neftayırma zavodlarını tam gücü ilə işlədə bilmir. İran isə istehsal elədiyi benzini satmağa çətinlik çəkir.

Venesula prezidenti Nikolas Maduro ölkəsinin yanacaqsız qalmasının qarşısını almaq üçün ötən ay İrandan yardım istəmişdi. İran mətbuatının iddiasına görə, ABŞ İran tərəfindən Venesuelaya göndərilən yanacaq tankerlərinin qarşısını almaq üçün 4 hərbi gəmini və bir patrul təyyarəsini Qəraib dənizinə göndərmişdi.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93