İrandan dəhşətli MÜHARİBƏ XƏBƏRDARLIĞI: Aralıq dənizindən Hind okeanına qədər…

20 Sentyabr, 2019, 14:37
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İrana hərbi hücum olarsa, ABŞ-ın Aralıq dənizindən Hind okeanına qədər bütün qüvvələrini hədəf alacağıq.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneinin hərbi məsləhətçisi Yəhya Rəhim Səfəvi deyib.

IRNA agentliyinin xəbərinə görə, paytaxt Tehranda cümə xütbəsindən əvvəl çıxış edən, eyni zamanda, İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Səfəvi bildirib ki, İranın müttəfiqləri və müqavimət cəbhəsi sahib olduğu potensialla ABŞ-ın müttəfiqlərindən daha güclü hala gəlib.

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft emal zavodlarına edilən hücumun arxasında İranın olduğunu iddia edir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93