Salam, xoş gəlmisiniz.

İrandan Putinə SƏRT CAVAB…

2018-05-21 20:54:12

İrandan Putinə SƏRT CAVAB…

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Kasım Bəhrami Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsədlə son görüşündə səsləndirdiyi son bəyanatı şərh edib.

Hurriyyet.org xəbər verir ki, Müstəqil.az xarici mediaya istinadən verdiyi məlumata görə, o,heç kimin İranı nəyəsə məcbur etməsinin mümkün olmadığını bildirib.

“İran lazım olduğu qədər və Suriya dövləti istədiyi müddətdə yardımlarına davam edəcək”, – o deyib.

Xatırladaq ki, mayın 17-də Vladimir Putin Soçidə Bəşər Əsədlə görüşüb. Putin xarici qüvvələrin Suriyadan çıxarılmalı olduğunu deyib.

“Suriya ordusunun terrorizmlə mübarizədə ardıcıl qələbələr qazandığını və siyasi proseslərin daha aktiv fazaya keçdiyini nəzərə alsaq, xarici hərbi qüvvələrin Suriyadan çıxarılmasının vacibliyini düşünürəm”, – deyə Kreml rəhbəri bəyan edib.

Vladimir Putinin ardınca analoji bəyanatı onun Suriya üzrə ali nümayəndəsi Aleksandr Lavrentyev səsləndirib. O qeyd edib ki, ABŞ, Türkiyə və “Hizbullah” da daxil olmaqla, bütün xarici hərbi kontingent Suriyanı tərk etməlidir.

“Suriya torpaqlarında kontingenti olan bütün xarici hərbi qüvvələr geri çəkilməlidir. Bu xarici kontingent amerikalılar, türklər, Hizbullah və iranlılardan ibarətdir. Orada iki hərbi hissəmizdən başqa hər hansı bir qüvvəmiz yoxdur”, – Lavrentyev vurğulayıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93