İranın 9 milyard dollarını girov götürdülər! – PREZİDENT ETİRAZ ETDİ

3

Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani ölkənin 9 milyard dollarını Cənubi Koreyadan geri almaq üçün İranın Mərkəzi Bankına təlimat verib. Cənubi Koreya ABŞ-ın tətbiq etdiyi maliyyə sanksiyaları çərçivəsində İranın milyardlarla dollar vəsaitini öz bank hesablarında bloklayıb.

Ruhani İranın Mərkəzi Bankına İranın XİN-i ilə sıx əməkdaşlıq edərək məsələni beynəlxalq qurumlarda qaldırmağı tapşırıb.

Ruhani deyib: “Cənubi Koreya İranın Mərkəzi Bankına məxsus resurslardan dərman preparatlarının və ərzaq məhsullarının alınması üçün istifadəsinə imkan vermir. Seul mümkün qədər qısa zaman ərzində vəsaitlərimizi blokdan çıxarmalıdır”.

Hurriyyet.org