İraq Prezidenti İlham Əliyevi təbrik etdi

28 May, 2020, 13:05
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Hurriyyet.org xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, Azərbaycan xalqına isə inkişaf və firavanlıq arzu edirəm.

Allah-Təaladan tezliklə koronavirus bəlasından qurtulmağınızı diləyirəm. İraq tərəfinin dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın gücləndirilməsinə sadiq qalacağına əmin ola bilərsiniz”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93