İraqın şərqində İŞİD terroru – HƏLAK OLANLAR VAR

12 May, 2020, 16:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, İŞİD terrorçularının hücumu nəticəsində İraqın şərqində yerləşən Diyala vilayətində iki nəfər həlak olub. Bu barədə “Anadolu” agentliyinə İraqın Hərbi Qüvvələrinin nümayəndəsi kapitan Cəmil əl Ubeydi xəbər verib.

Onun sözlərinə görə, 12 may tarixinə keçən gecə yaraqlılar Haşdi Şabi milislərindən birinin evinə hücum ediblər. Terrorçular milisi və onun həyat yoldaşını güllələyiblər.

Salahəddin əyalətinin birgə əməliyyatlar komandanlığı qərargahının təmsilçisi kapitan Səid Məhəmməd bildirib ki, artilleriya hissələri Tuzhurmatu rayonunda İŞİD terrorçularının obyektlərini atəşə tutublar, 4 terrorçu məhv edilib.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93