Salam, xoş gəlmisiniz.

İrəvana zirehli texnika yeridildi - Foto

2020-03-25 00:31:00

İrəvana zirehli texnika yeridildi - Foto

24 mart saat 23:00-dan başlayaraq, Ermənistanda fövqəladə rejimlə bağlı sərt tədbirlərə start verilib.

İrəvanın iki fərqli hissəsində zirehli texnika müşahidə edilib.

Bu gündən başlayaraq, Ermənistanda vətəndaşların sərbəst gəzməsinə məhdudiyyət qoyulur. Qadağalar 31 marta qədər davam edəcək.

23 martda Ermənistan parlamenti qadağaları pozanlara qarşı cərimələrin sərtləşdirilməsi ilə bağlı qanunu ikinci oxunuşda qəbul edib. Artıq ötən gün Prezident Armen Sərkisyan qanunu imzalayıb.

Qanuna əsasən, fövqəladə vəziyyət rejimini pozan şəxs 100-250 min dram cərimə (200-500 dollar) ediləcək. Əgər bu qadağa pozma nəticəsində başqasına virus yoluxdurarsa, 300-500 min dram cərimə tətbiq ediləcək. İki və daha artıq şəxsin virusa yoluxmasına səbəb olan qadağa pozuntusu isə 500-700 dram cəriməyə və iki ilə qədər həbsə səbəb ola bilər.

Qeyd edək ki, Ermənistanda 16 mart saat 18:00-dan 24 aprel saat 17:00-a qədər fövqəladə vəziyyət elan edilib. \\Sputnik

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93