“İsa Qəmbər hiss etdi ki..." – Tofiq Yaqublu

“İsa Qəmbər hiss etdi ki..." – Tofiq Yaqublu

Müsavat Partiyasına başqanlığına namizədlər İsa Qəmbərin hazırkı başqan Arif Hacılı ilə bağlı yazdığı dəstək statusuna münasibət bildiriblər.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu gün keçirilən debatda başqanlığa namizəd Yadigar Sadıqlı deyib ki, İsa Qəmbər Müsavat Partiyasında nüfuza malik olan şəxsdir: “Bir çox halda üzlər İsa Qəmbərin sözlərinə şübhəsiz baxırlar. Bu da bir o qədər yaxşı hal deyil. Onun Arif Hacılını dəstəkləməsi böyük amildir. İsa bəy bunu etməklə seçkiləri şübhə altına alır. Əgər dəyişiklik baş verməzsə, partiyanı yaxşı heç nə gözləmir”.

Tofiq Yaqublu isə bildirib ki, İsa Qəmbərin Arif Hacılını dəstəklənməsində qəbahətli heç nə yoxdur: “Ancaq İsa Qəmbərin Arif Hacılıya dəstək verəcəyi ilə bağlı yazısında qeyri-səmimi olduğu məqamlar da vardı. İsa Qəmbər hiss etdi ki, vəziyyət arzulanan kimi olmaya bilər, ona görə bu dəstəyi verdi. Arif Hacılıya səs verməsi, onu seçməsi İsa Qəmbərin hüququdur. Əksinə, bu mənə daha da güc verdi".

Arif Hacılı isə deyib ki, İsa Qəmbərin onun haqqında yazdıqlarını çox yüksək qiymətləndirib: “Hesab edirəm ki, İsa Qəmbərin bu addımı tarixi hadisədir. Tək mən yox, rəqiblərim də bu seçkilərin nəticələrinin necə olacağını bilirlər”.