Salam, xoş gəlmisiniz.

“İşçilərin ixtisarına qəti yol verməsinlər” - Nazirdən işəgötürənlərə çağırış

2020-03-24 10:42:00

“İşçilərin ixtisarına qəti yol verməsinlər” - Nazirdən işəgötürənlərə çağırış

İş yerləri məsələsi ilə bağlı, dövlət strukturlarında müvafiq addımlar atılıb. Burada iş yerləri maksimum qorunacaq, ixtisarlar olmayacaq. Özəl sektor işçiləri ilə əlaqədar isə dövlət tərəfindən çoxsaylı dəstək tədbirləri hazırlanır.

Hurriyyet.org xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bütün işəgötürənlər dövlət dəstəyinin ediləcəyi haqqında məlumatlandırılıb: "Əmək müqavilələrinin bildirişi elektron sistemi vasitəsilə qeydiyyatdan keçmiş 74 mindən artıq işəgötürənin, hər birinə məlumatlar göndərilib ki, işçiləri ixtisar etmək, onların əmək hüquqlarına etinasız yanaşmaq, onları işdən azad etmək, Azərbaycan dövlətinin apardığı siyasətə ziddir. İşəgötürənlər korporativ məsuliyyət və sosial həmrəylik prinsipinə sadiq olaraq, işçiləri işdən azad etməkdən çəkinməlidirlər. Biz koronavirus pandemiyasından zərər çəkən həssas sektorları müəyyən etmişik. Onlara müvafiq dövlət dəstəyi proqramları hazırlanır. İqtisadi məsələlər üzrə İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə veriləcək dəstəyin mexanizmi hazırlanır, Məşğulluq və əmək münasibətləri üzrə İşçi Qrupu tərəfindən isə işçilərə veriləcək dəstək tədbirləri müəyyənləşdirilir. Yəni, dövlət öz dəstəyini bəyan edib, cənab Prezident koronavirusun mənfi təsirlərinin aradan qaldırılmasını nəzərə alaraq, büdcədən bir milyard manat vəsait ayırıb. Bizim də işəgötürənlərin hər birindən gözləntimiz odur ki, onlar ixtisarlara qəti yol verməsinlər. Biz vətəndaşlarımızın işsizliyinin artmasına imkan verməməliyik"./Trend/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93