“İşğalda olan torpaqların azad olunmasının vaxtı çatıb” – Türkiyədən ÇAĞIRIŞ

0

“Ermənistanı dəstəkləyən, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, MİNSK qrupu artıq gerçəkləri görməli, işğalda olan Azərbaycan torpaqlarının geri qaytarılması üçün qərar verməlidir”.

Hurriyyet.org xəbər verir ki, bunu modern.az-a ötən gecə Tovuz istiqamətində baş vermiş erməni təxribatına münasibət bildirən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal deyib. Diaspor üzvü Türkiyənin istənilən halda Azərbaycana dəstək olacağını diqqətə çatdırıb:

“Ermənilər yenə təxribat törədərək 4 Azərbaycan əsgərinin ölümünə vəsilə olublar amma bunun qarşılığında 30-dan çox itkiləri var. Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməkdənsə, utanmadan hücuma keçib atəşkəsi pozur. Azərbaycan da bu fürsətdən istifadə edib onlara layiqli cavabı verməlidir. Ermənistanı dəstəkləyən, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Minsk Qrupu artıq gerçəkləri görməli, işğalda olan Azərbaycan torpaqlarının geri qaytarılması üçün qərar verməlidir.

30 ildir ki, sülh yolu ilə münaqişənin həll olunması istənilir amma görünən odur ki, ortada nəticə yoxdur. Beynəlxalq təşkilatlar da sülh məsələsini müxtəlif bəhanələrlə uzadırlar. Türkiyə həmişə olduğu kimi bu gün də Azərbaycanın yanındadır və yanında da olacaq. Ermənistanın işğalçı rejiminə qarşı artıq “dur” deməyin vaxtı gəlib. Azərbaycan ordusu da onları dayandıra biləcək gücdədir. Bir neçə il öncə baş verən Aprel döyüşləri də buna barziz nümunədir. Şəhid olan əsgərlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Azərbaycan xalqına başsağlığı verərək bildiriəm ki, onların yanındayıq. Artıq işğalda olan torpaqların azad olunmasının vaxtı çatıb”.