Salam, xoş gəlmisiniz.

İsgəndər Həmidovun vəziyyəti yenidən pisləşdi – Xəstəxanaya yerləşdirildi

2019-07-17 10:07:33

İsgəndər Həmidovun vəziyyəti yenidən pisləşdi – Xəstəxanaya yerləşdirildi

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov səhhəti yenidən pisləşib.

Hurriyyet.org xəbər verir ki, yaxınlarının modern.az-a verdiyi məlumata görə, ötən gecə vəziyyəti ağırlaşdığından kəskin ağrılar səbəbiylə onu yenidən xəstəxanaya yerləşdirmək məcburiyyətində qalıblar.

Xatırladaq ki, İ.Həmidov bir müddət öncə də vəziyyəti pisləşdiriyindən əvvəlcə Bakıdakı xəstəxanalardan birində müalicə almış, sonra Türkiyəyə aparılmışdı.

İ.Həmidov ürəyindən əməliyyat olunmaq üçün Türkiyəyə aparılmışdı. Lakin həkimlər böyrəklərində və onurğasında yaranmş problem üzündən sabiq nazirin üzərində ürək əməliyyatı aparmağa icazə verməmişdilər.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru