İspaniyada ölənlərin sayı durmadan artır – NATO-dan yardım istədi

25 Mart, 2020, 15:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, İspaniyada hökumət tibbi avadanlıq və tənəffüs aparatı alması  üçün NATO-dan yardım istəyib. Ölkədə Kovid-19 epidemiyasından ölənlərin sayı bir sitka ərzində 738 nəfər artaraq 3 434 nəfərə çatıb. Bu rəqəm İspaniyada bir gündə rast gəlinən ən yüksək insan itkisi göstəcisidir.

İspaniya bu rəqəmlə 3281 nəfər insanın virusdan öldüyü Çini arxada qoyaraq, İtaliyadan sonra ən çox ölüm hallarının baş verdiyi ikinci ölkə olub.

Ölkədə ümumi yoluxma hallarının sayı 39 673 nəfərdən 47 610 nəfərə çatıb.

İspaniya ordusu NATO-ya müraciət elədi

İspaniya ordusunun NATO-ya ünvanladığı müraciətdə müttəfiq ölkələrdən tənəffüs aparatları, qoruyucu gözlük və testlər göndərilməsi tələb edilir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93