İsrail qırıcıları Qəzzanı vurdu

5

Hurriyyet.org xəbər verir ki, İsrailin hərbi təyyarələri Qəzzanın cənubundakı bir tarlaya hava hücumu həyata keçirib. “Anadolu Agentliyi”nin müxbirinin bölgədəki mənbələrdən əldə elədiyi məlumata görə, Qəzzanın cənubundakı Xan Yunus şəhərinin şəhərinin ətrafındakı əkin sahəsi İsrailin hərbi təyyarəsi tərəfindən raket zərbəsi endirilib. Hücumda insan itkisi və ya yaralanma olub-olmadığı ilə bağlı açıqlama verilməyib.

Bundan əvvəl İsrail ordusu açıqlama verərək, bazar gününün axşamı Qəzzadan bir raket mərmisinin sərhədə paralel rayona atıldığı və “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu xəbərini vermişdi. Hələlik Qəzzadakı qruplardan heç biri belə bir hücumun edildiyi ilə bağlı açıqlama verməyib.

Hurriyyet.org