İsrail ordusunun Baş Qərargah rəisi və 2 general karantinə alındı – Koronavirus

1

İsrail ordusunun Baş Qərargah rəisi Aviv Kochavi və iki general koronavirus tədbirləri ilə karantinə alınıb.  

Hurriyyet.org avropa.info-ya istinadən xəbər verir ki, İsrail ordusundan edilən yazılı açıqlamada 10 gün əvvəl Baş Qərargah rəisi Kochavinin qatıldığı iclasda iştirak edən bir hərbçinin kovid-19 testi pozitiv çıxdığı üçün bu tədbirə əl atılıb. 

Bundan sonra Aviv Kochavi və toplantıda iştirak edən daha 2 general karantinə alınıb. Aviv Kochavi  və daha 2 generalın yaxın günlərdə test ediləcəyinin bildirildiyi açıqlamada, onların ofislərində qarantinə alındıqları qeyd olunub.

Xatırladaq ki, 2 gün öncə kovid-19 testi pozitiv çıxan İsrailin baş naziri Bünyamin Netenyahu da qarantinə alınıb.