Salam, xoş gəlmisiniz.

“İstanbul Başakşehir“ komandası “Qarabağ“ı təbrik etdi

2017-08-24 11:40:02

“İstanbul Başakşehir“ komandası “Qarabağ“ı təbrik etdi

Türkiyənin “İstanbul Başakşehir“ komandası Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ“ı təbrik edib.

Hurriyyet.org xəbər verir ki, İstanbul klubunun sosial şəbəkələrdəki səhifələrində Ağdam təmsilçisinə təbrik statusları paylaşılıb:

“Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!“

Qeyd edək ki, ötən gün “Qarabağ“ səfərdə “Kopenhagen“ komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb./trend/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93