İstanbulda qeydiyyatsız yaşayan suriyalıların köçürülməsi müddəti uzadılıb – Nazirdən açıqlama

21 Avqust, 2019, 9:52
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İstanbulda qeydiyyatsız yaşayan suriyalıların köçürülməsinə ayrılan müddət bu ilin oktyabr ayının 30-na kimi uzadılıb. Qeyd edək ki, bu müddət əvvəl avqustun 20-nə kimi idi.

Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.

İyulun 22-dən başladılan köçürülmə prosesi çərçivəsində çox sayda suriyalı ölkənin Daxili İşlər Nazirliyi tərəfindən əvvəllər qeydiyyatda olduğu şəhərə köçürülüb. Türkiyəyə qanunsuz yollarla gəlmiş 12474 xarici vətəndaş geri göndərmə mərkəzlərinə yönləndirilib ki, onların da 2630-u Suriya vətəndaşıdır./azərtac/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93