Salam, xoş gəlmisiniz.

“İSTİLİK ARTDIQCA, KORONAVİRUS AZALIR” - ABŞ alimlərindən açıqlama

2020-03-26 13:07:00

“İSTİLİK ARTDIQCA, KORONAVİRUS AZALIR” - ABŞ alimlərindən açıqlama

Hurriyyet.org xəbər verir ki, isti havada koronavirusa yoluxma hallarının azaldığı müşahidə edilib.

Türkiyənin Səhiyyə Nazirliyinin Koronavirus Elmi Şurasının üzvü professor Ateş Kara öz çıxışında bildirib ki, ABŞ-ın Merilend Universitetinin tədqiqatçıları Kovid-19 virusunun mövsümi xüsusiyyətlərə malik olduğunu aşkar ediblər. Alimlər xəstəliyin ən sıx şəkildə göründüyü (şəkildə qara halqalar şəklində işarələnib) şəhərlərdə temperaturun 5-11 dərəcə və nisbi rütubətin 50-80% olduğu zamanı virusun daha çox artdığını bildiriblər.

ABŞ-da aparılan bir araşdırma havanın temperaturu ilə koronavirus arasındakı əlaqəni meydana çıxarıb.

Professor Ateş Kara deyib: “Havaların temperaturunun daha yüksək olduğu və rütubətin çox olduğu bölgələrdə yoluxma hallarının daha az baş verdiyi müşahidə edilir. Havaların isinməsi ilə yoluxma hallarının azalacağını proqnozlaşdıran bu məlumatlar  bizim üçün gözəl xəbərlərdir. Lakin iqlim yeganə faktor deyil. Lütfən, evdə olar, evdə qalaq”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93