İƏT təcili toplaşır – Netanyahunun açıqlamasına görə

11 Sentyabr, 2019, 14:31
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində təcili iclası keçiriləcək.

“Report” İƏT-in rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb İsrailin baş naziri Benyamin Netanyahunun İordan vadisi və Ölü dənizin şimalında suveren hüquqlarını bərqərar edəcəkləri barədə verdiyi açıqlamadır.

Səudiyyə Ərəbistanının müraciətinə əsasən İsrailin “təcavüzkar mövqeyinə qarşı islam dövlətlərinin səylərini birləşdirmək” üçün belə bir görüşün keçiriləcəyi İƏT baş katibi Yusif bin Əhməd Əl-Osaymini tərəfindən təsdiq olunub.

İsrail baş nazirinin bu bəyanatını qəti şəkildə pisləyən İƏT onu “Fələstin xalqının hüquqlarına qarşı növbəti hücum, BMT-nin Nizamnaməsinin və müvafiq qətnamələrinin, habelə beynəlxalq hüquq normalarının pozulması” olaraq dəyərləndirir.

Qeyd edək ki, Qərbi Sahil ərazisinin 30 faizini təşkil edən adıçəkilən bölgədə hazırda 65 minədək fələstinli və 11 minədək israillinin yaşadığı bildirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93