İtaliya mətbuatı: “Ərdoğan müharibənin taleyini dəyişdirdi. Ankara Həftəri məğlub elədi”

6 İyun, 2020, 13:38
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“14 aylıq qanlı mühasirə başa çatdı. Muzdlu milislər geri çəkildi. Bunu təmin edən güclü siyasi iradə ilə Tripoli hökumətini müdafiə eləməyə tələsən Türkiyə prezidentidir”.

Hurriyyet.org xəbər verir ki, Liviyanın qanuni hökuməti paytaxt Tripolidən sonra strateji əhəmiyyətə malik olan Terhune məntəqəsini də qiyamçılardan təmizləyib. Azad edilmiş məntəqələrdə milyonlarla dollarlıq silah-sursat və hərbi vertolyot ələ keçirilib.

Türkiyənin hərbi dəstəyi və  texniki təminatı sayəsində Liviyada qeyri-qanuni Həftər qüvvələrinə qarşı zəfər çalan Milli Barışıq Hökuməti Tripolidə qələbə çaldığını elan elədikdən sonra strateji Terhune vilayətini də xilas edib. Yüzlərlə liviyalı Şəhidlər Meydanında bayram keçirib. Liviya ordusu “İndiki hədəfimiz Sirte, Cufra və cənubdakı neft yataqlarıdır” deyə açıqlama verib.

Xəstəxanada 106 cəsəd tapıldı

Həftər qüvvələrinin tərk elədiyi Terhune şəhərindəki bir xəstəxanada aralarında qadın və uşaqların da olduğu 106 cəsəd tapılıb. Həftəri muzdlu döyüşçülər və hərbi texnika ilə təmin edən Rusiya Federasiyasının rəsmi informasiya agentliyi olan “RİA Novosti” “Həftərin yaxın bir zamanda siyasi və hərbi arenadan silinəcəyini” bildirib. Digər tərəfdən ABŞ “Rusiyanın Liviyaya göndərdiyi təyyarələrdən hələlik istifadə edilməyib” açıqlamasını verib. ABŞ Rusiyanın Liviyaya 14 hərbi təyyarə verdiyini açıqlamışdı.

“Ərdoğan müharibənin taleyini dəyişdirdi”

İtaliyada dərc edilən “La Repubblica” qəzeti “Ərdoğan müharibənin taleyini dəyişdirdi. Ankara Həftərə qalib gəldi” başlığı altında bir xəbər yayıb. Xəbərdə deyilir: “14 aylıq qanlı mühasirə başa çatdı. Muzdlu milislər geri çəkildi. Bunu təmin edən güclü siyasi iradə ilə Tripoli hökumətini müdafiə eləməyə tələsən Türkiyə prezidentidir”.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93