Salam, xoş gəlmisiniz.

İtaliyada vəziyyət ağırdır - Xəstələri hərbi yük təyyarələri ilə apardılar

2020-03-24 18:59:00

İtaliyada vəziyyət ağırdır - Xəstələri hərbi yük təyyarələri ilə apardılar

Hurriyyet.org xəbər verir ki, dünyada koronavirusla bağlı ən çox insan itkisi verən İtaliyada səhiyyə sistemi çökməkdədir. Xəstəxanalar və tibb işçiləri çatışmadığından İtaliya xəstələrini aparmaq üçün Almaniyadan yardım istəyib. İlk dəfə olaraq 6 nəfər xəstə hərbi yük təyyarəsi ilə Almaniyanın Leypsiq şəhərinə aparılıb. Uçuş İtaliya ordusuna məxsus C-130 yük təyyarəsi ilə həyata keçirilib. Təyyarə yerə enən kimi Almaniyanın tibb briqadaları xəstələrə yardım eləmək üçün hərəkətə keçiblər. Təcili yardım maşınları xəstələri müalicə ocaqlarına aparıblar.

Almaniyanın Saksoniya Muxtar Əyalətinin baş naziri Mixael Kreçmer İtaliyanın baş naziri Cüzeppe Konte ilə görüşdən sonra əyalətdəki xəstəxanaların İtaliyadan gələcək xəstələri qəbul edə biləcəyini bəyan etmişdi.

Mixael Kreçmer deyib: “Çətin vəziyyətdə olan insanlara yardım edə bildiyimizə çox şadıq”.

O, bu gün də İtaliyadan 8 nəfər xəstənin gətiriləcəyini bildirib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93