Salam, xoş gəlmisiniz.

İtaliyanın yeni populist hökuməti TAP əleyhdarlarına dəstək verir - "Blumberq"in Adriatik sahillərindən REPORTAJI

2018-07-06 15:26:17

İtaliyanın yeni populist hökuməti TAP əleyhdarlarına dəstək verir - "Blumberq"in Adriatik sahillərindən REPORTAJI

Çiara Albanese

“Bloomberg”

İtaliyanın cənub sahilindəki zeytun bağının yaxınlığında yerləşən inşaat meydançasına baş çəkərkən, reportyor telefonuma ismarış gəldi: “Orada olduğunuzu bilirik”.

İsmarış yaşı əsrlərlə ölçülən zeytun ağaclarının arasından keçən və indi tikanlı tellərlə əhatələnmiş sahədən keçəcək 4,5 milyon avro (5,2 milyard dollar) dəyərində təbii qaz boru kəmərinin son tikintisini dayandırmaq üçün mübarizə aparan bir adamdan gəldi.

Mavi yanacağın Xəzər dənizindən nəqli üçün nəzərdə tutulan layihənin icrası etirazçılar tərəfindən növbə ilə izlənilir. Rusiya qazından asılılığı ləğv etmək üçün bu layihə əslində, Avropa İttifaqının planının məhək daşıdır.

İndi TAP kimi tanınan Transadriatik boru kəmərini məhv etmək üçün çoxillik çarpışmalar impuls qazanıb. İtaliyanın yeni hökumətinin nazirləri layihənin yenidən nəzərdən keçirilməsi ilə təhdid edərək, boru kəmərində çalışan şirkətlərdən, o cümlədən Britaniyanın neft divi “BP Plc” və İtaliyanın dövlət sərmayəli qaz şirkəti olan “Snam SpA”-dan daha çox etirazçılara meylləniblər. Təhdidlər sahənin 2020-ci ilə qədər planlaşdırılan yekunlaşdırılmasını şübhəyə alır.

“Bloomberg Intelligence”-in analitiki Elçin Məmmədovun sözlərinə görə, TAP-a və daha iri boru xətlərinə investisiya qoyan şirkətlər layihənin gecikməsindən milyardlarla dollar vəsait itirə bilər. “90%-lik ehtimalla, o, hazır olmayacaq”, – Elçin Məmmədov bildirib.

Mərkəzi ofisi Londonda yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankının idarə heyəti layihəyə 500 milyon avroya qədər kredit verilməsini dəstəkləyib və ilkin illik gücü 10 milyard kubmetr təbii qazın 7 milyon avropalı mülkiyyətçi üçün kifayət edəcəyini söyləyib.

Zeytun ağacları ilə əlaqədar aksiya ilə başlayan mübahisə, populist ifadələr vasitəsilə qloballaşma əleyhinə böyük etiraza çevrilib.

“Bizim mübarizəmiz torpaqlarımızı qorumaqla başlayıb, – deyən Canluka Maccore, özünü “TAP-a yox” adlandıran qrupun üzvüdür. – İndi biz sistemə qarşı, enerji bazarlarının təhrifinə, transmilli şirkətlərin möhtəkirliyinə qarşı mübarizə aparırıq”.

Hazırda Romada hakimiyyətdə olan populist koalisiya “Beş Ulduz” Hərəkatı və Antimiqrant Liqasının millət vəkillərindən ibarətdir. İyunun 1-də hakimiyyətə gəldikdən sonra onlar ümumi valyuta və miqrant siyasəti kimi məsələlərdə Avrozonada narahatlıq yaradıblar. Lakin yeni hökumətin enerji siyasəti ən böyük təsirə sahib ola bilər.

500 mil uzunluğunda olan boru kəmərinin yalnız 5 mili zeytunluqdan keçir. Layihə Azərbaycandan qaz nəql etdirəcək, Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizinə doğru uzanan kəmər daha sonra neft və qazın 90 faizindən çoxunu idxal edən İtaliya daxil olacaq. Qaz artıq erkən hissə payı olaraq axıdılır və TAP ötən ildən Yunanıstan iqtisadiyyatına yardım krediti sayılır.

Terminal Apuliya bölgəsində, San-Foka dənizkənarı turizm şəhəri yaxınlığında, büllur mavi suları və bəziləri palıd kimi enli və nəsildən-nəslə keçən gözəl zeytun ağacları ilə məşhur məkanda yerləşəcək.

Bu ağaclar əvvəlcən ən çətin maneədir.

Yerli birliklər və hökumət rəsmiləri, bu ağacların qayğısına qalınacağı vəd edilsə də, TAP-ın “1600-dən çox ağacın məhv edilməsinə” qarşı mübarizə aparır.

Yeni populist hökumətdəki bir neçə nazir də bütün layihəni yenidən nəzərdən keçirməklə, təhdid ediblər. Ətraf mühit naziri Serco Kostanın sözlərinə görə, bu, prioritet məsələ olacaq. Cənub bölgələri üzrə yeni nazir və TAP-ın tənqidçisi olan Barbara Lezzi xüsusi komitədə layihənin dayandırılması və ya marşrutunu dəyişdirməsinin mümkün olub-olmadığını nəzərdən keçirəcəyinə ümid etdiyini söyləyib.

Etirazçıların düşərgəsindən 24 saatlıq müşahidə aparılır. Aksiyaçılar sığınacaqlarından inşaat meydanına daxil olan və oranı tərk edən insanlara mesajlar göndərir, onları izləyirlər.

Bunların heç bir həvəskarlar deyil. İtaliyanın yerli əleyhdarlıq hərəkatları böyük layihələrə maneə törətmələri ilə tanınır. Ölkənin şimalında etirazçılar TAV-ı – İtaliya ilə Fransa arasında yüksək sürətli dəmir yolu xəttinin çəkilişini dayandırıb. “No TAP” hərəkatı “No TAV” ilə əlaqəyə malikdir: şimaldan olan bəzi nümayişçilər yardım təklifi ilə cənuba səyahət ediblər və əksinə.

Layihənin hökumətdəki ən böyük rəqiblərdən biri, cənub bölgələri üzrə yeni nazir Lezzidir. Əvvəllər etirazlara qatılaraq xanım Lezzi ötən il internetə yerləşdirilən videoda TAP-ı “mənasız” layihə adlandırıb. Lezzi inşaatın yerli əraziyə misli görünməmiş zərər verdiyini deyib.

Layihənin dayandırılması ehtimalının olub-olmadığı ondan soruşulduqda, Lezzinin sözçüsü e-məktubda yazıb: “Bu marşrut hələ də mümkündür”.

Aprel ayında üç “Beş Ulduz”çu millət vəkili TAP-dan şikayətlənib, nəticədə yerli prokuror tikinti sahələrindən birini ələ keçirməyə imkan verib.

Əlavə gecikmələr bəzi şirkətlərinin Xəzər dənizindəki “Şahdəniz” yatağından – dünyanın ən böyük dəniz yataqlarından birində pul qazanmasına sədd çəkə bilər. Bu, “Bloomberg Intelligence”-in analitiki Elçin Məmmədov və Rob Barnettin rəyidir.

TAP Konsorsiumu İtaliyadan uzaqlaşmanın qeyri-mümkün olduğunu açıqlayıb. İtaliya daxilində istənilən başqa bir yerə köç bir neçə illik ciddi gecikmə ola bilər. Şirkətlər vasitəçilik etməyə çalışıb, zeytun ağaclarının bir hissəsini başqa yerlərə köçürüb və beləliklə, buldozer və kranların işləməsi üçün məkan yaradıblar, lakin yerli əhali razı qalmayıb.

Layihə meneceri Qabriele Lanza deyir: “Bəzən insanlar bizə sendviç satmamaqdan belə imtina edirlər”. Yəni yerli əhali bununla iştirakçı olmaqdan ehtiyatlanır. Odur ki, şirkətlər işçilərini artıq inşaat meydançasında naharla təmin edirlər.

TAP Konsorsiumu keçən il “Snam”dan Luka Şieppatini icraçı direktoru təyin edib. Şieppati telefonla verdiyi açıqlamada deyib ki, San-Foka ilə müqayisədə istənilən digər bir yer daha çox zərər görərdi. “Layihəyə müqavimət göstərən ən ekstremal qruplarla dialoq çətin baş tutur. Amma biz bu ölkə üçün dəyər yaradan beynəlxalq layihə çərçivəsində yeni nazirlər və hökumətlərlə işləmək üçün buradayıq”.

Lakin düşərgələrinə qayıdan könüllülər inşaat meydançasına daxil olan və ya oranı tərk edən hər kəsin adını yazmağa davam edirlər. Onlar sona qədər müqavimət qərar veriblər.

“Biz artıq döyüşü udmuşuq, onları əhəmiyyətli dərəcədə ləngitmişik”, – deyə etirazçılarla əhatə olunmuş Maccore pivə parçını başına çəkir. – Ümid edirəm ki, yeni hökumət yalnız layihəni bloklamayacaq, həm də ölkənin enerji planlarını tamamilə yeniləyəcək”.

Tərcümə: Strateq.az


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru