İTV Mikayıl Müşfiqin acı taleyinə film həsr etdi – VİDEO

1

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günü münasibətilə televiziya filmi ərsəyə gətirilib.

Hurriyyet.org Oxu.Az-a istinadla xəbər verir ki, qanlı Stalin repressiyasının ən gənc ziyalı qurbanlarından olan M.Müşfiqə həsr olunmuş film “Bəraət: №1109” adlanır.

Ekran işində nakam şairin acı taleyi, repressiya qurbanı olaraq seçilməsinin səbəbləri gözlər önünə sərilib.

Film 22:00-da İctimai Televiziyada yayımlanacaq: