“İyunun 1-dən dərslərin bərpası nəzərdə tutulmur” – CEYHUN BAYRAMOV

10

“Ötən həftə Operativ Qərargah tərəfindən qərarlar verilib. Qərara görə, ümumtəhsil müəssisələrində dərsin dayandırılması 31 maya qədər uzadılıb”.

Hurriyyet.org xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Operativ Qərargahda çoxsaylı müzakirələr keçirilib: “Tibb bölməsində olan rəylər də nəzərə alınıb. İyunun 1-dən dərslərin bərpası nəzərdə tutulmur”.