Kadrları cavanlaşdırmaq hər şey deyil… – II HİSSƏ

21 May, 2020, 14:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Özündən razılar köhnə (və yeni) vər­diş­­lərindən uzaq­laşmaq istəmirlər…

Bax, yuxarı çinli məmurlar elmi nüfuzdan salırlar ki, əsil alimlər kölgədə qalır, ya­xud işsizlik girdabında sürünürlər. Axı o, diplomlu professordur, akademikdir…

Tarixən insanlar mövcud durumu ilə kifayətlənməmişlər, həm intellektual, həm də emosional potensialını inkişaf etdirmişlər, yoxsa sivilizasiyalar yaran­maz­dı. Belə bir ilahi zərurətin yükünü filosoflar, psixoloqlar, fiziklər, riyaziyyatçılar, ta­­rixçilər, bioloqlar və yazarlar daşımışlar. Belə bir ehtiyac orta əsrlərin payına dü­ş­müşdür, ən görkəmli alimlər məhz bu dövrdə doğulmuş və fəaliyyət gös­tər­miş­lər. Tale dəyərləri isə Şərqin dühalarına məxsusdur: mübaliğəsiz etirafdır. İşlərin (prob­­lem­lərin) gedişini nizama salmaq və idarə etmək məsuliyyəti dövlət başçı­la­rı­nın məsuliyyəti üzərinə düşmüşdür. Siyasi və sosial elita nümayəndələri kadrlara gü­­vən­mişdir, ən bacarıqlılarını və istedadlılarını, dövlətin qanunlarına etibarlıları və­zifələrə gətirmişlər. Şübhəsiz, həmin kadrlar vicdanla çalışmış, heç bir neqativ pro­seslərdən nəinki kənarda durmuş, haram barmaqları dibindən kəsmişlər. Təbii ki, yaş öz işini görmüş, yerlərini məmnunluqla gənc kadrlara vermişlər.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/kadrlari-cavanlasdirmaq-h%c9%99r-sey-deyil/)

İnsanlardan, mütəxəssislərdən, yaradıcı ziyalılardan, pedaqoq – müəllimlər­dən və­zifəli şəxslərin çoxunun uzaqlaşması (belə deyərdim) bu gün adiləşmişdir. Ona gö­rə ki, onların 80-90 faizi təsadüfən yüksək mərtəbədə oturmuşlar – bax­ma­ya­raq vax­­tilə onlara etibar etmişlər. Onların intellektual səviyyəsi aşağıdır, müd­rik­ləş­­mə­miş­­lər, mütaliədən qorxmuşlar. Böyük siyasi – ictimai, ədəbi şəxsiyyətlərin hə­ya­tı və fəa­liyyəti haqqında məlumatsızdırlar. Ona görə ki, vəzifəyə qədər ida­rəet­­­mə mək­tə­bini keçməmişlər. Gəlin, sovet dönəminə qayıdaq: əvvəl pionerə, son­­­ra kom­­so­mo­­la, daha sonra partiyaya keçirilmişlər (bu sətirlərin müəllifi də istis­na de­yil), nə­ha­­yət, müvafiq vəzifə onlara tapşırılmışdır, öz ixtisasları üzrə idarəet­mə kurs­larına gön­dərilmişlər. Özünü doğrultmayana güzəştə getməmişlər, lakin bir­­də­fə­lik sıra­dan da vurulmamışlar, işıq ucu axtarmışlar. Bu gün yeni vəzifə alan gənc, yaxud or­­ta yaşlılar xarici ölkələrdə nüfuzlu təhsil ocaqlarında oxumuşlar, əc­nə­bi dil də bi­lənlər (bu, elə də vacib deyil, əsası ana dilinə hörmətdir), az-çox gö­rüb-gö­­tü­rüb­lər. Lakin bu, o demək deyil onlar gələcəkdə qibtəedici nazirmi, rəismi, ic­­ra baş­çı­sı­­mı və sair olacaqlar, yox! Bu gün etimadı doğrultmayanlar haqqında da vax­tilə nik­­bin düşünmüşdük. Özlərini “düzəldəndən” sonra yerlibazlıq, qohumbaz­lıq, rüş­vət­­bazlıq və s. “şəxsi dəyərlərə” yiyələndilər, zərbələr isə xalqa dəydi! Gənc nəs­li ruh­­dan saldı.

Bizim “iri caplı” məmurlar hələ də “demokratik” anlayışının yerini dəyişik sa­­lırlar. Bu terminin mənası “Xalq hakimiyyəti” deməkdir. İdarəetmə məsələsinə gə­­ləndə bəzi qurumlar (prokurorluq, milis, təhlükəsizlik orqanları və s.) istisna ol­maq­­la, xüsusilə, nazirliklərin qəbul qapısı nə üçün müraciət edənlərin üzünə qa­pan­­malıdır? On illərlədir bu süni yaradılan problem məni düşündürməkdədir. Bu öl­­kə mənimdir, mən bu ölkənin halal vətəndaşıyam, həyatımı bu ölkəmə (döv­lə­ti­mə) həsr etmişəm və qürurlanmışam. İş elə gətirib – deyək ki, çalışdığım nazirliyə han­­sısa məsələni (problemi) həll etmək üçün getmişəm, əvvəlcədən də məqsədimi de­­mişəm. Hünərin var keç içəri, süründürməçilik, sənədləşdirmə, kimlik, hətta şi­fa­­hi sorğu və ilaxır başlayır. Gəldiyinə də peşiman olursan. Bunun nəyi “de­mok­ra­ti­­ya” prinsipidir? Bu “axtarış”ın mənası nədir: qeyri-demokratik yanaşma və və­tən­da­şa inamsızlıq, özlərinə isə rahatlıq, “başağrısı”ndan xilasolma! Beləsi hətta müəl­­­­­limini qapı arxasında gözlətməkdən çəkinmir! Sabiq əməkdaşını da saymır! An­­­lamaq istəmir ki, sabah özü  bu vəziyyəti yaşamalı olacaqdır! Mənə irad tutub əsə­­biləşə bilərlər, “qılaflı” vəzifəli məmurlar deyər ki, anarxiya olar. bəli, mən də siz­­lərdən soruşuram: – Nyə dövlətin, hökumətin iradəsi əleyhinə xalqı, camaatı in­ci­­dirsiz, özbaşınalıq yaradırsız, adi arayış üçün rüşvət alırsız ki xaos yaranır!

So­vet dönəminin ilk on illiklərindən bir nazirlik vardı: Azərbaycan SSR Xalq Maarif Na­­zirliyi Komissarlığı. Yerinə düşmüş məna daşıyırdı, bu xüsusi isim­də “Xalq” demokratiyanı özün­­də ehtiva edirdi. Hansı məmur özbaşınalığının rəs­mi təşəbbüsü ilə “Xalq” sözü mətn­­dən çıxarıldı. “Maarif” “təhsil”lə əvəzləndi, halbuki, maarif daha geniş məna tu­­tumludur! Guman ki, yeni seçiləcək Milli Məc­li­sin yeni təfəkkürlü deputatları bu mə­­sələni duruldacaqlar.

Mən bir məsələyə də diqqət yetirmişəm: Son 10-15 ildə yüksək vəzifəli mə­mur­­lar – hətta deputatlar alimliyə başlamışlar və davam edir. Acınacaqlısı odur ki, istedadsızdırlar, cavanlığından bir məqalə də yazmamışlar, bəs necə oldu do­sent, professor, müxbir üzvü, əməkdar elm xadimi oldular? Onlar bu işi “qapalı qa­pı­lar” arxasında həyata keçirirlər, bəli, “gələcək günləri” üçün proqnozlaşdırırlar. Və­­zifədən çıxanda bu dəfə elmi vəzifə tuturlar. Bunun nəyi obyektivlikdir? Nazir ki­­mi (belə deyək) ifrat təminata sahib kəsildi, indi isə bala-bala  isti otaqlı kafedrada, şö­­bədə oturur, yüksək məvacibini alır. Belə “yazılmamış qanundan” kim inciyər! Bax, yuxarı çinli məmurlar elmi nüfuzdan salırlar ki, əsil alimlər kölgədə qalır, ya­xud işsizlik girdabında sürünürlər. Axı o, diplomlu professordur, akademikdir. Xa­tır­­layıram: Ötən əsrin 70-ci illərində Ulu öndər Sovet rejimində belə cəsarətlə bir ide­­ya irəli sürdü: Vəzifədə, qaynar iş proseslərində deyək ki, nazir, raykom katibi, sov­­xoz direktoru və s. rəhbər şəxs necə elmi – tədqiqat apara bilər, illərlə kitabxa­na­­lar­­da çalışar, elmi idarələrin qapısını döyər? Deməli, muzdla dissertasiya yaz­dı­rır, ki­tab nəşr etdirir. Eləsi olurdu hansısa Müttəfiq respublikaların birində müda­fiə edir­­di, diplomu gizlədirdi, utanırdı. Bunu az-çox abırlı vəzifəlilər edirdi. Təəssüf o gün bu gün­­lə­­rimizin də payına düşdü.

Ulu öndər Heydər Əliyev tamamilə haqlı idi və təsdiqini tapdı, unuduldu be­lə bir tarixi proqnoz! İstedadlıya söz yox: O, iki daşın arasında da elmi iş, dis­erta­si­ya yazar, amma hansısa mənsəb sahibində görəsən qabiliyyət, istedad haradan ba­şı­na qondu? Lap Nyutonsayağı!

Elmin nüfuzunu qorumaq lazımdır, xüsusən, bu gün bəlli olur ki, böyük və­zi­­fə daşıyan bəzi elmlər doktorlarının, müxbir üzvlərinin diplomları saxta imiş. Mən bu inadkar axtarış yolunda “Təzadlar” qəzetinin əməkdaşlarının, başda iste­dad­lı jur­­nalist və publisist Asif Mərzilini alqışlayıram. Cari ab-havada bu iş risq tə­ləb edir: Axı, jurnalistin qələmindən savayı başqa sərvəti yoxdur!

Bir alim – pedaqoq, yazıçı – jurnalist olaraq “Hürriyyət”in ardıcıl vətənpərvər möv­­­qeyini həmişə müdafiə etməyə hazıram. Saxta alimdən insanlığa qarşı nə de­sən gözləmək olar. Məşhur qədim Çin filosofu Lao Tszı (e.ə. VI əsr) yazmış ki, adam­lar alimliyə başlayanda ikiüzlülük meydana gəlir.

Elmi elmli insanlar qədər sevməli, hörmət bəsləməli, hər bir vəzifəli, nüfuzlu döv­lətin etibarını qazanmış şəxs elmin gücündən öz fəaliyyətində istifadə etmək qüd­­rətinə malik olmalıdır. Bu nəcib dəyəri övladlarına aşılamalı, tərbiyə etməlidir ki, varislik prinsipi pozulmamalıdır, arası kəsilməməlidir. Heyiflənirsən ki, bu gün ya­­şadığımız mühitdə alimliyi cib və vəzifə üçün faydalı vasitə hesab edənlərin sayı ço­­xalır, ruhu isə qidalanmır, çünki istedadsız, nəfsli, güclü keçmişi olmayanlar üçün elm çətin həzm olunandır. Hər bir gənc elmi xeyirxah istiqamətə yönəlt­mə­li­dir ki, fayda gətirsin, sərt davranışdan, bəd vərdişlərdən uzaqlaşsın – belə olanda o şəxs – məmur üçün qiymətli nəsnədir. Filosof Mişel Montenə üz tutdum, yazırdı ki, bunu əldə etmək olduqca baha başa gəlir: Bir əldə elm, səltənət, digər əldə isə oyun­­caqdır.

Allahverdi Eminov


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93